MSK sədri: “Növbədənkənar parlament seçkilərində iştirak üçün 802 nəfər müraciət edib”

0
314297

“Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 802 namizəd müraciət edib”.

VOİCEPRESS-in xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

O bildirib ki, namizədlərin 123 nəfəri 8 siyasi partiya tərəfindən irəli sürülüb.

MSK sədri qeyd edib ki, həmin müraciət edən şəxslərinin 447 nəfərinin namizədliyi artıq təsdiq olunub, onlardan 339 nəfəri isə imza vərəqələrini artıq götürüb.

VOİCEPRESS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here