Pakistan ordusundan Pərviz Müşərrəfin ölüm cəzasına məhkum edilməsinə sərt reaksiya… “Pakistan prezidenti xain ola bilməz”

0
314439

Pakistanda xüsusi məhkəmə sabiq prezident və ordu başçısı Pərviz Müşərrəfi vətənə xənayətdə təqsirli bilərək, ölüm cəzasına məhkum edib.

VOİCEPRESS xarici mediaya istinadən xəbər verir ki, Pakistan Silahlı Qüvvələri isə qərara çox sərt reaksiya verib.

“Qərar Pakistan Silahlı Qüvvələri tərəfindən böyük acı və iztirabla qarşılandı. 40 ildən çoxdur ölkəsinə xidmət edən və ölkəsinin müdafiəsi üçün mübarizə aparan keçmiş ordu komandiri, Baş qərargah rəisi və Pakistan prezidenti xain ola bilməz.

Həqiqi bir məhkəmə prosesi olmayıb. Özünümüdafiə haqqı pozulub. Məhkəmə qərarı çox təcili şəkildə qəbul edib.

Pakistan ordusu Pakistan İslam Respublikasının Konstitusiyasına uyğun bir qərarın verilməsini gözləyir” – ordu rəhbərliyinin rəsmi açıqlamasında deyilir.

Qeyd edək ki, hazırda Dubayda tibbi müalicə alan Müşərrəf 1999-cu ildə hərbi çevriliş nəticəsində hakimiyyətə gəlib. Onun ilkin addımları ilk olaraq məhkəmə, daha sonra isə parlament tərəfindən hüquqi baxımdan təsdiq olunub. Lakin onun 2007-ci ildə ölkədə fövqəladə vəziyyət elan etməsi nəticəsində ona qarşı ittihamlar irəli sürülüb.

Bu məhkəmə işi 2014-cü ildə Müşərrəfə qarşı rəsmi ittihamlar irəli sürüləndən bəri davam edir. Ona 2016-ci ilə müalicə almaq üçün ölkəni tərk etməyə icazə verilib. Bunun ölkənin güclü ordusunun təzyiqi nəticəsində baş verdiyi güman edilir. Məhkəmə dəfələrlə onun geri dönüb, ifadə verməsini tələb etdə də, o, tibbi səbəblər irəli sürərək, bunu etməyib. Müşərrəf bu ilin əvvəli Dubayda xəstəxanada ikən məhkəmə prosesinə etibar etmədiyini və bu prosesin qurbanı olduğunu söyləyib.

Ölkənin əsas müxalifət partiyası bu qərarı dəstəkləyərək, bunun ölkəni gələcək hərbi çevrilişlərə qarşı qoruyacağını deyib. Pakistan müstəqil olduğu dövrün yarısından çox hissəsini birbaşa olaraq ordu tərəfindən idarə olunub.

Müxalif Pakistan Xalq Partiyasının lideri və qətlə yetirilmiş sabiq baş nazir Benazir Bhuttonun oğlu Bilaval Bhutto Zardari Twitter hesabında “Demokratiya ən yaxşı intiqamdır” yazıb.

Orduya yaxın hesab olunan hökumət rəsmi bəyanat verməyib. Lakin bir nazir qərarla bağlı narahatlıqlarını dilə gətirib. “Biz ölkəni birləşdirməliyik. Nə üçün xalqı və onun qurumlarını bölən qərarlar qəbul edək?” – Elm və Texnologiya naziri Favad Çaundri yazıb.

Siyasi təhlilçilər deyir ki, ordunun hələ də ən güclü qurum olduğu ölkədə bu hökmü tətbiq etmək asan olmayacaq.

VOİCEPRESS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here