Türkiyənin İncirlik mesajı ABŞ administrasiyasını hərəkətə gətirdi – Tramp Senatın qondarma soyqırım qərarına veto qoydu

0
314302


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ Senatı tərəfindən 1915-ci il hadisələrinin “soyqırım” kimi tanımasına cavab olaraq, “Lazım gəlsə İncirlik bazasını da bağlayarıq” bəyanatı Vaşinqtonda ciddi narahatlığa səbəb olub.

VOİCEPRESS xarici mediaya istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus, keçən həftə ABŞ Senatında qəbul edilən qanun layihəsi ilə əlaqədar açıqlama yayaraq, bu qərarla razılaşmadıqlarını bildirib.

Dövlət Departamenti, Tramp administrasiyasının bu qərarın etibarsız olduğunu və mövqeyinin dəyişmədiyini bildirdiyini bəyan edib.

“Administrasiyanın mövqeyi (1915-ci il hadisələri ilə əlaqədar) dəyişməyib. Bu mövzuya dair mövqeyimiz prezidentin (Donald Tramp) ötən ilin aprel ayında açıqladığı bəyanatında əks olunduğu kimidir” – Ortaqus bildirib.

ABŞ Prezidenti Tramp aprel ayında 1915-ci il hadisələrinin ildönümü ilə əlaqədar yazılı açıqlamasında “Böyük fəlakət” ifadəsini işlədib, ancaq “soyqırım” iddialarını təsdiqləyən bir ifadədən istifadə etməyib.

VOİCEPRESS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here