“Bütün Dağlıq Qarabağ əhalisi gələcəkdə necə yaşayacağını müəyyən etməlidir”

3 Dekabr, 17:30

Bakıda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov danışıqların yekunu olaraq azərbaycanlı həmkarı Elmar Məmmədyarovla mətbuat konfransı keçirib.

VOİCEPRESS xəbər verir ki, Lavrov Azərbaycanlı və ermənistanlı jurnalistlərin qarşılıqlı səfərlərini dəyərləndirib.

“Mənim fikrimcə, bu çox önəmlidir. Çünki istənilən qərar bu torpaqlarda – Azərbaycanda, Ermənistanda və Qarabağda yaşayan insanlar tərəfindən verilməlidir. İnsanlar nə qədər sıx ünsiyyətdə olsalar, hər iki tərəfdəki jurnalistlər hadisələri nə qədər obyektiv işıqlandırsalar, arzuladığımız razılaşmaları o qədər tez və asan əldə edə biləcəyik”- deyə Lavrov söyləyib.

Rusiyalı nazir Qarabağın azərbaycanlı və erməni icmaları arasında danışıqların bərpa olunmasını ideyasını da alqışlayıb.

“Mən icmalar arasında danışıqların bərpasına tərəfdaram. Bu çox perspektivli mövzudur. Bütün Dağlıq Qarabağ əhalisi gələcəkdə necə yaşayacağını müəyyən etməlidir”.

VOİCEPRESS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here