Putin: “NATO-nun genişlənməsi Rusiya üçün təhlükəlidir”

0
313979


Rusiya prezidenti Vladimir Putin NATO-nun Rusiya sərhədlərinə doğru genişlənməsinə münasibət bildirib.

VOİCEPRESS Rusiya KİV-nə istinadən xəbər verir ki, o, baş verənləri təhlükə hesab edir.

“NATO-nun genişlənməsi Rusiya üçün təhlükəlidir. Alyans ilkin olaraq Sovet İttifaqına qarşı yaradılmışdı. Amma indi nə Sovet İttifaqı var, nə də Varşava Müqaviləsi”.

Putinin fikrincə, SSRİ-nin süqutundan sonra alyans üzvlərinin sayının 12-dən 29-a çatması təhlükəli siqnaldır.

VOİCEPRESS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here