Ermənistan Türkiyə ilə barış istəyir…

0
314671

Erməni mətbuatının gündəminin əsasını başdan ayağa qədər Türkiyə və Azərbaycan daxili siyasi məsələləri təşkil edir. Demokratik əsaslardan danışan Ermənistanın görünür, böyük köçü gözardı etmək üçün tək çıxış yolu budur. Erməni ictimaiyyətinin gözünü Türkiyə və Azərbaycanın daxili, eləcə də, xarici siyasi addımlarının ermənisayağı təhlilləri ilə boyamağa üstünlük verildiyindən Ermənistan daxilindəki problemləri Köçəryan kimilərin həbsi ilə ört bastır edilmə prosesi davam edir.

Əslində bu proses 2016 cı ildə Ermənistanda yaşanan Məxməri inqilabın təkrarlanmaması üçün bir garant rolunu da oynayır. Çünki Paşinyan hər il onminlərlə Rusiya vətəndaşlığını qəbul edən erməni icmasına rəhbərlik edir. Bu isə eyni ilə evcilik oynamağa bənzəyir. Sadəcə məsələ Rusiyanın siyasi süslə bəzədilmiş “Ermənistan evciliyi” oyunu oynadığı kimi, Paşinyanında həmin sərlövhədəki yeri, şahmatdakı piyadadan başqa heç nə deyil…

Erməni mətbuatı da, Ermənistan hökümətinin müəyyən tezisləri əsasında Azərbaycanda baş verən islahatların iç və astar üzündə müəyyən ermənisayağı araşdırmalar apararaq, olanı da, olmayanı da, yazmağa davam edir. Hətta Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun Azərbaycana səfərindən tutmuş, Azərbaycanın Birinci vitse Prezidenti xanım Mehriban Əliyevanın Moskva səfərindən dərhal sonra Azərbaycandakı bir çox təyinatların ardından Parlamentin də buraxılmasını bir biri ilə əlaqələndirir.

Xəyal gücü ilə Misirdəki piramidalarında ermənilər tərəfindən tikildiyini, ilk faraonların ermənilər olduğunu, iddia edən ermənilər bu dəfə də, xanım Mehriban Əliyevanın Moskva səfərini Azərbaycanda keçirilən islahatlar üçün izin almaq kimi əsaslandırdı. Guya Azərbaycan daxili siyasi islahatlar keçirmək üçün ya böyük qardaşı Türkiyədən, ya da Rusiyadan izin almadan hərəkət edə bilməzmiş. Erməniləri də, düşündürən budur ki, nə üçün Azərbaycan Türkiyədən deyil, Rusiyadan izin alır. Hətta erməni mətbuatı iddia edir ki, Azərbaycanda vəzifəyə gətirilən bütün kadrlar, Rusiyayönlü kadrlar olmaqla yanaşı, hər biri Rusiya Prezident Admenistrasiyasının rızası ilə gətirilib.

Sergey Lavrovun Bakı səfəri isə, ikinci mərhələ üçün danışıqların reallaşdırılması məqsədi daşıyırmış. Azərbaycanda Parlamentin buraxıldığı gün Sergey Lavrovun səfərinin üst üstə düşməsini isə ikinci mərhələyə keçid hesab edirlər. İkinci mərhələ isə ermənilərə görə, Azərbaycan hökümətində baş verəcək və gözlənilən cənab İlham Əliyev və xanım Mehriban Əliyeva tandeminin realizə olunmasıdır. Rusiya tərəfinin də, bu müddət ərzində Njdenin heykəlini götürməsini, Azərbaycan və Rusiya arasında qarşılıqlı anlaşma şəklində bir danışıqların olduğunun isbatı kimi göstərilir.

Belə erməni fantaziyalarını ictimaiyyətə “dırnaqarası erməni demokratiyası” olaraq, sırımağa çalışan Ermənistan mətbuatı şüuraltı Türkiyə Azərbaycan arasına nifaq salmaq üçün əsas axtarışındadır.

Buna isə Ermənistanın Xarici İşlər Nazirliyinin səlahiyyətli nümayəndələrinin son zamanlar Türkiyə Ermənistan arasında diplomatik əməkdaşlığın bərpası ilə bağlı məsələlərə toxunması özünü göstərir. Hətta ötən gün Ermənistanın Xarici İşlər Naziri Mnatsakayan Ermənistanın blokada şəraitində olduğunu nəzərə alaraq, Türkiyənin Ermənistanla diplomatik əlaqələrin bərpasını Dağlıq Qarabağ probleminin həllindən asılı olmasını əsas gətirməsinin Ermənistanın təhlükəsizliyi üçün bir təhdid olduğunu bildirib. Mnatsakayanın bir digər açıqlamasında isə, Türkiyə tərəfinin Ermənistanla diplomatik münasibətlərin normallaşdırılması yolunda hər hansısa bir addım atması üçün Ermənistan tərəfinin heç bir şərt irəli sürməyəcəyi deyilir.

Ülkər Fərmanqızı
VOİCEPRESS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here