ABŞ-ın Rod-Aylend ştatının Uesterli şəhərində qocalar evində atışma olub.
VOİCEPRESS “TASS”a istinadən xəbər verir ki, 3 mərtəbəli binada açılan atəş nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. İnsidenti törədən şəxs hadisə yerindən qaçıb. Hazırda onun axtarışları aparılır.
Şəhərin bütün məktəbləri bağlanıb.
VOİCEPRESS








