ABŞ Maliyyə Nazirliyi Tehran İnqilab Məhkəməsinin iki hakimi Məhəmməd Moqise və Əbülqasım Salavatiyə qarşı sanksiya tətbiq edib.
VOİCEPRESS “TASS”a istinadən xəbər verir ki, Nazirlik hakimləri insan haqlarını pozduqları üçün “qara siyahı”ya salıb. Nazirliyin bəyanatında deyilir:
“Uzun illərdir ölkələrində insan haqlarını pozan bu hakimlər söz və toplaşmaq azadlığından istifadə edən jurnalistləri, vəkilləri və fəalları ömürlük həbsə, qamçılanmaq cəzasına və hətta edama məhkum ediblər”.
VOİCEPRESS