Yerevanda hərbi komissarlıqda döşəmə çökdü – 11 nəfər yaralandı

19 Dekabr, 20:40

Yerevanda hərbi komissarlığın binasında döşəmə çöküb.

VOİCEPRESS “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. İkimərtəbəli binanın birinci mərtəbəsindəki döşəmənin çökməsi nəticəsində 11 nəfər xəsarət alıb.

Hadisə yerinə xilasedicilər və operativ qrup yollanıb. İnsidentin səbəbi araşdırılır.

VOİCEPRESS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here