ABŞ-ın Çikaqo şəhərindəki fərdi evdə təşkil edilən şənlik mərasimi zamanı baş verən silahlı insident nəticəsində azı 13 nəfər yaralanıb.
VOİCEPRESS-ın xarici mediaya istinadən verdiyi məlumata görə, dörd nəfərin vəziyyəti ağırdır. Bütün xəsarət alanlar xəstəxanalara yerləşdirilib.
Polis əməkdaşları artıq şübhəli şəxsi saxlayıblar. Onun üzərindən silah aşkar edilərək götürülüb.
VOİCEPRESS