Sevgilisi onu tərk etdiyi üçün qisasını 6 aylıq körpədən aldı

0
314740

Rusiyada dayəlik edən qadın sevgilisi tərəfindən tərk edildikdən sonra qisasını oğlanın 6 aylıq qardaşından alıb.

VOİCEPRESS
xəbər verir ki, o, körpəni meşəyə apararaq vəhşicəsində qətlə yetirib. Hadisə Rusiyanın Zavadoukovsk şəhərində baş verib. Körpəsini yatağında görməyən ailə polisə müraciət edib. Araşdırmalar nəticəsində körpənin cəsədi evin arxasındakı meşədən aşkar edilib.

Körpə hələ itkin düşərkən anası Natalya deyib ki, “dayə Viktorina onlardan qisas almaq üçün övladımı oğurlayıb”. Çox keçmədən körpəni 23 yaşlı dayəsi Viktorina Aymetdinovanın öldürdüyü ortaya çıxıb.

Viktorina polisə törətdiyi əməli etiraf edərək münasibətdə olduğu evin böyük oğlu Andreydən onu tərk etdiyi üçün qisas aldığını bildirib.



VOİCEPRESS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here