VOİCEPRESS erməni KİV-lərinə istinadən xəbər verir ki, saat 20:30 radələrində Sardarapat kənd sakini, 28 yaşlı K. İvan idarə etdiyi “Opel” markalı “34 MՍ 121” nömrəli avtomobillə Sardarapat-Norapat avtomobil yolunun 1-ci km hissəsində Sardarapat kənd sakini, 79 yaşlı P. Rayisanı vurub.
Zərərçəkmiş şəxs ağır vəziyyətdə “Armavir” tibb mərkəzinə yerləşdirilib və növbəti gün, saat 08:45 radələrində orada ölüb.
Məlumata görə, baş vermiş hadisə ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin 242-ci maddəsinin 2-ci hissəsi ilə cinayət işi açılıb.
Qeyd olunur ki, sürücü K. İvan Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində müqaviləli hərbi qulluqçu kimi xidmət edir və ona qarşı açılmış cinayət işi Ermənistan İstintaq Komitəsinin Armavir Regional İstintaq İdarəsinə göndərilib.(ordu.az)
VOİCEPRESS.AZ