Ermənistan Su-57-lərin Türkiyə tərəfindən Azərbaycana verilməsindən qorxur

0
314327

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri zamanı prezident Vladimir Putin onu yalnız dondurmaya deyil, həmçinin Su-35 və Su-57 çoxfunksiyalı 5-ci nəsil qırıcılara da qonaq edib. Bildiyimiz kimi, Rusiya bu qırıcıları Türkiyəyə təklif edir.

VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə erməni KİV-lərində məqalə dərc olunub.

Məqaləyə görə, Moskva ABŞ-ın Türkiyəyə beşinci nəsil F-35 qırıcı təyyarələrini satmaqdan imtina etməsindən faydalanmağa çalışır.

“Bununla da ABŞ Türkiyəyə Rusiya istehsalı S-400 zenit raket kompleksini aldığına görə sanksiya tətbiq edib. Türkiyə sanksiyaların təhdidinə çökməyərək hazırda Ərdoğan səviyyəsində Rusiya qırıcılarına maraq göstərməkdədir. Bu vəziyyət təbii olaraq, Ermənistanı maraqlandırmalıdır. Həm də sadəcə Rusiya-Türkiyə hərbi-texniki əməkdaşlığı baxımından deyil, məsələyə daha geniş yanaşılmalıdır. Məsələ burasındadır ki, rus qırıcıları Ankaraya çatdıqdan sonra Bakıda peyda ola bilər. Bundan əlavə, hələ 2 il əvvəl Ermənistanın Rusiyadan Su-30 qırıcı təyyarələrini alması ilə bağlı müzakirələr gedərkən bəzi rus hərbi ekspert dairələri qeyd edirdi ki, Moskva bu qırıcıları Ermənistana verməklə daha yeni təyyarələr almaq üçün Azərbaycanı təşviq etmək niyyətindədir”, – deyə məqalədə bildirilir.

Məqalədə qeyd olunur ki, əgər Türkiyəyə verilən təyyarələr Azərbaycan tərəfə verilsə, o zaman bunun Ermənistan üçün ağır nəticələri ola bilər.

“Ankara əldə etdiyi bəzi rus qırıcılarını təkrarən Bakıya sata bilər. Ən azı bunun nəzəri bir təhlükəsi mövcuddur. Bu o deməkdir ki, İrəvan bir tərəfdən bu prosesləri diqqətlə izləməli, digər tərəfdən təhlükənin nəzəri sahədən, parktiki sahəyə keçid ehtimalı olduqda buna müqavimət göstərərək, zərurət olduğu halda qarşısını almalıdır.

İstənilən halda açıq şəkildə görünür ki, Rusiya Türkiyə hərbi-texniki sövdələşməsi halında, İrəvan bu anlaşmanın Rusiya və Azərbaycan arasında vasitəçilik ticarətinə çevrilməyəcəyinə dair Moskvadan zəmanət almalıdır. Bu hərbi-texniki əməkdaşlıq, Ermənistanın təhlükəsizliyinə təhdid yaradır, eyni zamanda Ermənistanın hava üstünlüyü strategiyasının perspektivini təhlükə altına alır. Hava üstünlüyü strategiyasına keçid layihəsi barədə Müdafiə Nazirliyi daha öncə məlumat verib”, – deyə erməni nəşri əslində rəsmi İrəvanın təşviş içində olduğunu göstərir.


VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here