
İran Prezidenti Həsən Ruhani yaxın vaxtlarda Ermənistana səfər edəcək.
VOİCEPRESS.AZ-ın “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İslam Respublikasının Yerevandakı səfiri Kazem Sajadi deyib.
“Ermənistanın baş naziri Prezident Ruhanini dəvət edib və İran Prezidenti yaxın həftələrdə bu ölkəyə səfər edəcək”, – deyə bazar günü Sajadi bildirib.
Qeyd edək ki, fevral ayında baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan nümayəndə heyəti İran Prezidenti Həsən Ruhaninin dəvəti ilə Tehrana rəsmi səfər etmişdi.
VOİCEPRESS.AZ







