Xanhüseyn Kazımlı: “ Bu Türkiyə Azərbaycan diplomatik münasibətlərində yeni inkişaf dönəminin başlangıcıdır…”

0
314331

“Türkiyə Azərbaycan münasibətləri bütün dünya ölkələrinə, xüsusilə də Türk dünyası ölkələrinə örnək bir münasibət sərgiləməyə davam edir”

Bunu VOİCEPRESS.AZ-a açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri, UNEC Professoru, millət vəkili Xanhüseyn Kazımlı Türkiyə Azərbaycan arasında viza sisteminin qaldırılmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Türkiyə Azərbaycan üçün dünəndə, bu gündə yarın da strateji və diplomatik tərəfdaş olub, var və olacaqdır: “Azərbaycan qardaş ölkəyə vizasız gedib gəlmək imkanına malik idi. Türk vətəndaşlarının ölkəmizə viza ilə gəlmələri hər birimizi narahat edən məsələlərdən biri idi. İndi Türk qardaşlarımızın Azərbaycana vizasız gəlib getmə imkanına sahib olmaları bizi də çox sevindirir. Düşünürəm ki, bu olduqca ədalətli qərar idi. Hesab edirəm ki, bu qərar iki dövlətin diplomatik münasibətlərində olduqca mühüm və gözlənilən hadisə idi”.

Ü.Fərmanqızı
VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here