Gülərüzlü və böyük ürək sahibi Türk yazarını siz də tanıyın!

235711

“Yalovaya sadəcə sənin üçün gəldim…” –bir yazarın oxuyucusundan duymasını xəyal etdiyi önəmli bir cümlədir bu. Bu cümlə bir yazarın qələminin nə qədər önəmli olmasının simgəsidir əslində. Bir yazar üçün, bir yazarın əlini sıxmaq üçün yaşlı bir adamın uzaq bir yol qətt etməsi, başqa bir şəhərdən qızmar yay günündə sənin görüşünə gəlməsi bir yazara verilmiş ən böyük dəyər deyilmi?

Yazara verilmiş bu dəyər o qədər ilgimi çıkdi ki, onu tanımaq istədim. Ayaqüstü, heyranlarının hər dəqiqə başı foto çəkdirmək üçün söhbətimizi bölməsinə, oxuyucularının ondan sevgi ilə aldıqları kitaba imza istəyib sözümü ağzımda göymalarına rığmən onu tanımaq istədim.

Bu Yalovanın tanınmış yazarlarından biri Nuran Uzun Turandı. O qədər gülərüzü və insanın içinə içinə işləyən bir aurası vardı ki, heç kitabdan anlamayan birisi belə o kitabı severək alırdı.

Nuran xanımla bir az yaradıcılıqdan söhbət etdik. Məlum oldu ki, ən böyük arzusu avtobioqrafik əsər yazmaqdır. Dediyinə görə, belə xeyriyə üçün satışa çıxarılan kitablarda müntəzəm olaraq iştirak edir. Onun sözlərinə görə, belə projelər bir yazar kimi onun ruhunu oxşayır, yazdıqlarının kiminsə təhsilinə, kiminsə müalicəsinə tövhə verə bilmə ehtimalı belə onu sevindirir.

Qeyd edək ki, xanım Nuran Uzun Turanın yer aldığı xeyriyyə kitab layihəsi iki gün öncə Yalova Kitab Sərgisində satışa çıxarılan iyirmiyə yaxın yazarın xatirə hekayələrindən ibarət “Türk illərində cocukluk günləri” kitabıdır.


Ü.Fermanqızı

VOİCEPRESS.AZ

Əvvəlki məqaləRUSİYA MƏYUS OLUB
Növbəti məqalədəXanhüseyn Kazımlı: “ Bu Türkiyə Azərbaycan diplomatik münasibətlərində yeni inkişaf dönəminin başlangıcıdır…”

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin