Kitab beş min tirajla işıq üzü görüb. Kitabın dərc edilməsi tamamilə xeyriyyə məqsədi daşıyır.
VOİCEPRESS.AZ Beynəlxalq İnformasiya Bürosunun Yalova`ya ezam olunmuş xüsusi müxbirinin əldə etdiyi məlumata görə, könüllü projenin təşəbbüskarlarından biri Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Çini Dekor Sanatçısı Məryəm Buharidir.
Onun sözlərinə görə, layihənin əsas məqsədi kitab satışından əldə edilən maddi vəsaitin, kimsəsiz uşaqların təhsil və müalicəsinə sərf olunması, işsiz gənçlərin kurs və məslək əldə edə bilməsinə tövhə vermək üçün nəzərdə tutulur.
Hazırda kitab Yalovada avqust ayının sonuna kimi davam edən Kitab sərgisində xüsusi stenddə satışa çıxarılıb.
Qeyd edək ki, kitabda iki nəfər Azərbaycanlı yazarın da, xatirə hekayələri yer alıb. Bu yazarlardan biri Azərbaycan və İrak Yazarlar Birliyinin üzvü, doktor Adilə Nəzər və Bakı Slavyan Universitetinin Yaradıcılıq Fakültəsinin məzunu Etibar Salmanovdur.
Ü. Fermanqızı
VOICEPRESS.AZ