VOİCEPRESS Türkiyənin yerli jurnalistlərinə Dağlıq Qarabağ problemindən danışdı

0
314793

15-16 iyun tarixlərində Türkiyənin İzmit (Kocaeli) şəhərinin Karamürsəl bölgəsində Karamürsəl Bələdiyyə başkanlığının və Türkiyə Yerəl Gazetecilər Dərnəğinin dəstəyi ilə Dirçəliş gününə həsr edilən, yerli gazetəçilərin “Dağlıq Qarabağla” bağlı məlumatlandırılması məqsədi ilə iki günlük seminarlar təşkil olunmuşdur.

Tədbirə 40 yerli və xarici jurnalistlər qatılmışdır. Tədbir çərçivəsində mən Türkiyə Yerəl Gazetəçilər Dərnəğinin Asiya ölkələri üzrə koordinator-başkanı təyin olundum.

Tədbir çərçivəsində iştirakçılara Dağlıq Qarabağla yanaşı, Azərbaycan həqiqətləri ilə bağlı geniş bilgi verilmiş, video roliklər nümayiş olunmuşdur.

Xatırladaq ki, layihə baş ofisi Türkiyənin Yalova şəhərində fəaliyyət göstərən VOİCEPRESS Uluslararası Haber Ajansının təşəbbüsü və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilmişdir.


Ülker Fermankızı

VOİCEPRESS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here