Əhalinin sayı AÇIQLANDI

17 Dekabr, 17:58

Azərbaycanda demoqrafik vəziyyət açıqlanıb.

VOİCEPRESS.AZ xəbər verir ki, bu haqda Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 69645 nəfər artaraq 2018-ci il noyabr ayının 1-i vəziyyətinə 9967730 nəfərə çatıb.

Əhalinin bir kvadrat kilometrə düşən sayı 115 nəfər olub.

Əhalinin ümumi sayından 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here