General Kərim Kərimovun 100 illik yubileyi keçirildi

17 Dekabr, 18:03

Oxu” Akademiyasının mətbuat xidmətindən verilən xəbərə görə, dekabrın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) görkəmli alim və hərbi xadim, kosmik proqramların gerçəkləşdirilməsinin fəal iştirakçısı, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, general-leytenant Kərim Kərimovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən ADNSU-nun Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov məşhur sovet alim-mühəndisi, sovet kosmonavtikasının banilərindən biri olmuş general-leytenant Kərim Kərimovun həyat və fəaliyyətindən söz açıb.

Oxu Akademiyasının rəhbəri tədqiqatçı-hüquqşünas Səməd Vəkilov çıxışında hərbi xadim K.Kərimovun sovet dövründə mühüm strateji sahəyə rəhbərliyindən və kosmik sahədəki əvəzsiz xidmələrindən danışıb. S.Vəkilov alimin araşdırmaları sayəsində əldə olunan elmi-texniki nəticələrin kosmik sənayedə tətbiqindən, onun elmi fəaliyyətindən danışıb və onun həyat yolunun tələbələrə örnək olduğunu vurğulayıb.

Sonra Oxu Akademiyasının koordinatoru Gülər Qasımlının təqdimatında Kərim Kərimov haqqında video təqdimat nümayiş olunub.

Sonda ehtiyatda olan xüsusi xidmət polkovniki, Kərim Kərimovun qohumu Oktay Əhmədov belə bir tədbirin keçirilməsinə görə ailəsi adından hər kəsə təşəkkürünü bildirib və K.Kərimovla bağlı xatirələrini bölüşüb.

General Kərim Kərimovun 100 illik yubileyi keçirildi

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here