Çilinin Azərbaycana yeni müvəqqəti işlər vəkili təyin olundu

0
314214

[justify]Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Çili Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş müvəqqəti işlər vəkili Qabriel Xara ilə görüşüb.

VOİCEPRESS.AZ xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Pərvin Mirzəzadə Q.Xaraya Azərbaycanda diplomatik fəaliyyəti dövründə uğurlar arzu edib.

Çilinin Azərbaycanda səfirliyinin fəaliyyətə başladığını qeyd edən Qabriel Xara iki ölkə arasında əməkdaşlığın inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə Azərbaycan və Çili arasında münasibətlərin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

[/justify]

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here