Xatırladaq ki, Brenda Mexia “Travel Bloger” turizm şirkətində çalışır. O Puerto-Rikonun San-Xuanxe şəhərində anadan olub. O Puerto Riko Universitetinin Latın Amerikası üzrə araşdırmaçısıdır. Eyni zamanda xarici dillərin öyrənilməsi metodikası baxımında müəyyən biliklərə sahib biridir. Bu yaxınlarda Brenda İspaniyanın Jiron Universitetnin mədəniyyət və turizm sahəsi üzrə magistr pilləsinə layiq görülüb.
Brenda ingilis, ispan, portuqal dillərində çox mükmməl danışır. Brenda Bakıda iki dəfə olub. Hələ 2014-cü ildə o dördüncü çempionatlar liqasındın final mərhələsində ilk birincilərdən olub.
Hazırda Brenda çalışdığı “ Travelair” təşkilatında dillər üzrə layihələr hazırlayır, müxtəlif dillərin tədrisi və ədəbi, mədəni sahələrin mükəmməl təcüməsi üzrə mütəxəssis kimi çalışır. Brenda hal-hazırda Puerto-Rikonun paytaxt şəhəri San-Xuanda yaşayır.
Qeyd edək ki, Puerto-Riko vətəndaşı Brenda Mexia VOİCEPRESS.AZ-ın Puerto-Riko üzrə nümayəndəsi təyin olunub. Bundan sonra Puerto-Riko-da Brenda Azərbaycan həqiqətlərinin yayılması və Azərbaycan maraqlarının müdafiəsi üçün çalışacaq.
İlahə Bakıxanova
VOİCEPRESS.AZ







