Millət vəkilinin cavabı: “Birlik və həmrəylik göstərdiyi üçün, planetdə yaşayan bütün Azərbaycanlı qardaşlarımızın dəstəyinə və motivasiyasına ehtiyacımız var. İbad Hüseynov qardaş Kilisə gəldi, mən də orada idim. Qonaq etdik onu. Çox səmimi dost və iğid bir insandır. PKK və PYD tərəfindən bizim tərəfimizə atılan roket evin damına düşdü. Bölgəni İbad Hüseynov ilə birlikdə ziyarət etdik. İbad Hüseynov, Afrin əməliyyatında əsgərlərlə bərabər müharibəyə qatılmaq istəyini ifadə etdi. Amma Türkiyədə ordu qaydaları Azərbaycanda olduğu qədər açıq və birmənalıdır. Türkiyə Silahlı Qüvvələrinin 650 minlik ordusu var. Bu səbəblə, İbad Huseynovun istəyini yerinə yetirə bilmədik. Amma iğid bir Azərbaycanlı qardaşımızın belə bir vəziyyətdə verdiyi dəstək çox mühüm idi. Ona bunun üçün təşəkkür edirəm”.
Qeyd edək ki, Afrin əməliyyatı zamanı İbad Hüseynov Türk ordusuna dəstək olmaq adına müraciət etmişdi.
Aysel İsgəndərova
VOİCEPRESS.AZ







