Bu gün isə tanınmış politoloq Mahir Qurbanov həmin video görüntülərin növbəti seriyasına start verib. Belə ki, Mahir Qurbanovun böyük iş fəaliyyəti nəticəsində hal-hazırda Meksika və Latın Amerikası ölkələrinin vətəndaşları tərəfindən VOİCEPRESS-ə Azərbaycanda keçirilən prezident seçkilərində qələbə qazanan cənab İlham Əliyevə təbrik mesajları gəlməyə davam edir. Onlar arasında video görüntülər də, var.
Təbrik göndərən şəxslərdən biri Meksika və Kolumbiya vətəndaşı Pedro Fransiskodur. O iştimai birlik sədridir. O Azərbaycanda Artıq bir neçə dəfə olub: “Çox şadam ki, Azərbaycanda keçirilən Prezident seçkilərində cənab İlham Əliyev qələbə qazandı. İlham Əliyev vətəni üçün çox işlər görüb. Biz
meksikanlar, İlham Əliyevi hər zaman dəstəkləyirik. Bir daha Azərbaycan xalqını uğurlu seçimə görə təbrik edirəm”.
Sözü gedən video görüntünü sizə təqdim edirik:
P.S.
İlahə Bakıxanova
VOİCEPRESS.AZ







