Yunanıstan təbii fəlakətə təslim oldu – 3 ölü

15 Noyabr, 15:30

Yunanıstanda güclü yağışlar paytaxt Afina ətrafında daşqınlara səbəb olub.

VOİCEPRESS xəbər verir ki, Afinadan şimal-qərbdə yerləşən Mandra şəhərində daşqınlar 3 nəfərin həyatına son qoyub.

Ötən gün hökumət artıq Simi adasında kəskin hava şəraiti ilə əlaqədar fövqəladə vəziyyət elan edib. Burada gücül külək və yağış yaşayış evlərinə ziyan vurub, elektrik təchizatında problemlər yaranıb.

Regionda təbii fəlakət yolları da sıradan çıxardığından hərəkət məhdudlaşdırılıb. Məktəblərdə dərslər dayandırılıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here