Azərbaycan millisinə mətbuat katibi təyin olundu

15 Noyabr, 16:08

Futbol üzrə Azərbaycan milli komandasının mətbuat katibi vəzifəsinə yeni təyinat olub.

VOİCEPRESS.AZ-ın AFFA-nın rəsmi Facebook səhifəsinə istinadən verdiyi məlumata görə, bu vəzifə Elman Himayətoğluna həvalə olunub.

O, 2018-ci il yanvarın 1-dən vəzifəsinin icrasına başlayacaq.

Qeyd edək ki, Elman Himayətoğlu bu təyinatadək “Zirə” klubunun mətbuat katibi vəzifəsində çalışıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here