İraq Kürd Muxtariyyətində keçirilən referendumundan sonra iranlı kürdlər də böyük həyəcanla müstəqilliyi gözləyir.
VOİCEPRESS xəbər verir ki, bu barədə İngiltərənin “Ekonomist” nəşri məlumat yayıb.
“İran kürdləri də ən azı İraqdakı kürdlər qədər müstəqilliyi gözləyir. Hətta bu münasibətlə İranda keçirilən bayram tədbirlərində polis tərəfindən saxlanılanlar da oldu”, – deyə yazıda bildirilib.
Məqalədə o da vurğulanıb ki, referendumdan dolayı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Məsud Bərzaniyə sərt şəkildə xəbərdarlıq edib.
VOİCEPRESS.AZ







