KVN təsisçisi dünyasını dəyişdi

30 Sentyabr, 20:37

Şən və Hazırcavablar Klubunun (KVN) təsisçilərindən olan şair və yazıçı Andrey Menşikov 73 yaşında dünyasını dəyişib.

VOİCEPRESS RİA-ya istinadən xəbər verir ki, bu barədə Əməkdar Telejurnalistlər Birliyinin üzvü Viktor Şulenin deyib.

“Bəli, mənə indicə zəng etdilər. Çox təəssüf, əlbəttə. Xəbəri mərhumun yaxınlarından aldım”, – Şulenin bildirib.

Qeyd edək ki, Menşikov KVN-nin rəhbərlərindən biri olub. O, həmçinin 1986-cı ildə KVN-nin yenidən dirçəldilməsinin təşəbbüskarlarındandır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here