Xanım jurnalist mətbuat xidmətinin rəhbəri oldu

9 Avqust, 14:19

Topaz Premyer Liqasının debütantı olan “Səbail” klubunda mətbuat xidmətinin yeni rəhbəri müəyyənləşib.

VOİCEPRESS qol.az-a istinadən xəbər verir ki, bu vəzifəyə uzun müddətdir AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentində baş mütəxəssis işləyən Törə Əhmədova təyinat alıb.

T.Əhmədova “Səbail”də həmin vəzifədə AFFA-dakı həmkarı Firuz Abdullanı əvəzləyib. F.Abdulla kubda Müşahidə Şurasına yeni üzv seçilib.

T.Əhmədova futbol tariximizə düşüb. O, Azərbaycanda futbol klubunda ilk xanım mətbuat katibi olub.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here