Prezidentlər nə vaxt görüşəcək?

9 Avqust, 14:31

Ermənistanın xarici işlər naziri Edvard Nalbadyan Serj Sarkisyanla Azərbaycan prezidenti İlham Əliyevin görüşü barədə danışıb. VOİCEPRESS Ermənistan mətbuatına istinadən xəbər verir ki, erməni nazir görüş barədə hələlik konkret bir məlumatın olmadığını bildirib.

E.Nalbadyanın sözlərinə görə, sentyabr ayında Nyu-Yorkda iki ölkənin xarici işlər nazirləri arasında görüş olacaq.

“Görüşün gündəliyi barədə biz dəfələrlə danışmışıq. Ümumi razılığa gəlinməlidir. Danışıqlara alternativ yoxdur” deyə erməni nazir bildirib.

Xatırladaq ki, ötən ay “İzvestiya” qəzeti Rusiyanın Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın ilin sonuna kimi keçirilməsi nəzərdə tutulan görüşünün əsas təşkilatçısı olacağını yazmışdı.

“Moskva bu məsələdə əsas vasitəçi olacaq. Belə ki, ATƏT-in Minsk qrupunun digər üzvləri – ABŞ və Fransanın Bakı və İrəvanı danışıqlar üçün bir araya gətirmək cəhdləri uğursuzluqla nəticələnib”. Mənbə qeyd edib ki, Fransa Azərbaycan və Ermənistan liderlərini danışıqlar masası arxasına dəvət edib, lakin nəticəsi olmayıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here