Ramil Quliyev 200 metr məsafəyə qaçışda yüngül atletika üzrə dünya çempionu olub

11 Avqust, 08:31

Türkiyəli idmançı Ramil Quliyev Londonda yüngül atletika üzrə dünya çempionu olub.

VOİCEPRESS-in məlumatına görə, Ramil Quliyev 200 metr məsafəyə qaçışda birinci olub.

İkinci yeri CAR təmsilçisi Vayde Van Nikerk, üçüncü yeri isə Trinidad təmsilçisi Jerim Riçards tutub.

Qeyd edək ki, 2011-ci ilə qədər Ramil Quliyev Azərbaycanı təmsil edib, sonra isə Türkiyə millisində çıxış etməyə başlayıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here