Myanmada keçən həftə çərşənbə günü qəzaya düşən təyyarədəki sərnişinlərdən 76-sının cəsədi tapılıb.
VOİCEPRESS xəbər verir ki, xilasedicilir Andaman dənizindən bazar günü 13, bu gün isə 17 nəfərin cəsədini çıxarıb. Cəsədlərin 28-i qadın, 12-si uşağa məxsusdur.
Qeyd edək ki, 7 iyunda Myanmadan Yanqona uçarkən Tavoy şəhərindən 20 mil məsafədə qəzaya uğrayan hərbi təyyarədəki 122 sərnişinin hamısı həlak olub.
VOİCEPRESS.AZ







