“Neftçi”nin sabiq futbolçusu ağır qəzada öldü

12 İyun, 17:00

“Neftçi”nin sabiq futbolçusu Jonas Pessalli avtomobil qəzasında dünyasını dəyişib.

VOİCEPRESS-in qol.az-a istinadən verdiyi xəbərə görə, hadisə bu gün səhər saatlarında baş verib. Braziliyanın Koritiba şəhərində avtomobilini sürətlə idarə edən futbolçu maşını işıq dirəyinə çırpıb.

Qeyd edək ki, ötən mövsüm “Neftçi”də oynayan braziliyalı yarımmüdafiəçi 7 oyuna 1 qol vurub.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here