ABŞ Yaxın Şərqdə 484 dinc sakini öldürdü

3 İyun, 11:23

ABŞ-ın rəhbərliyi altındakı İŞİD-ə qarşı beynəlxalq koalisiya İraq və Suriya əməliyyatlarında 484 dinc vətəndaşın yanlışlıqla ölümünə səbəb olub.

VOİCEPRESS xəbər verir ki, bu məlumat ABŞ hərbi komandanlığının (CENTCOM) hesabatında əksini tapıb.

Hesabatda koalisiyanın fəaliyyətə başladığı 2014-cü ilin avqustundan 2017-ci ilin aprelinədək İraq və Suriyaya 21.035 aviazərbə endirdiyi bildirilib.

Qeyd edək ki, hərbi komandanlığın mart hesabatında vətəndaşların ölüm sayı 396 nəfər göstərilmişdi.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here