XƏSTƏ QƏBULU 12.06-17.06.2017, hər gün saat 09:00-dan 13:00-dək aşağıdakı xəstəliklər üzrə olacaq:
Mədə-bağırsaq traktı xəstəlikləri
Tənəffüs sistemi xəstəlikləri
Autoimmun xəstəliklər
Revmatoloji xəstəliklər
Sidik-cinsiyyət sistemi xəstəlikləri
Allergik xəstəliklər
Metabolik sindrom
SEMINARIN MÖVZUSU: Biotənzimləyici Sistemli Təbabət və qadın sağlamlığı.
Seminar 12.06-17.06.2017, saat 15:00-dan 18:00-dək (2 qrup) keçiriləcək.
Arturo О’Birne- tibb elimləri doktoru, Javeraniya Universitetinin (Kolumbiya, Kali) inteqrativ təbabət kafedrasının professoru, seqmentar-metamer biopunktura üsulunun banisi, bioloji təbabət üzrə mütəxəssis 1976-cı ildə Kolumbiyanın Tibb Universitetini bitirmişdir. Bundan başqa o, Barselona Universitetində fitoterapiya və kliniki dietologiya üzrə ixtisaslaşmışdır və hazırda Javeraniya Universitetinin (Kolumbiya, Kali) aparıcı professoru kimi fəaliyyət göstərir. O`Birne bir neçə tibbi cəmiyyətin üzvü və Beynəlxalq Homotoksikologiya və Homeopatiya cəmiyyətinin (ISOHH) eks-prezidentidir. Şəxsi klinikasında (Centro De Medicina Biologica) praktiki həkim fəaliyyəti ilə yanaşı, ISOHH-nın diplomdan sonrakı tədris treyninglərini keçirir.
VOİCEPRESS.AZ







