Vanqadan qorxulu müharibə xəbərdarlığı

8 May, 15:21

Proqnozları ilə dünyanı heyrətə gətirən bolqar baxıcı Vanqanın müharibə haqqında daha bir öncəgörməsi üzə çıxıb. VOİCEPRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, onun üçüncü dünya müharibəsi haqqında dedikləri internetdə sürətlə yayılmağa başlayıb. Onlar nə üçün indi yayılıb? Bu suala cavab vermək isə asan deyil.

Vanqanın proqnozlarına görə, hakimiyyət uğrunda mübarizə qlobal aclığa yol açacaq. Məhz 2017-ci ildə müxtəlif ölkələrdə çox insanın ölümünə səbəb olacaq xeyli hərbi münaqişə yaşanacaq.

Bolqar qadın dəyişikliklərin ən azı iki on illik davam edəcəyini deyib. “Nüvə silahı belə önəmsiz olacaq. Axı əhalidən qurtarmağın başqa da çox yolu var. Məsələn, iqlim silahı. Məhz bu silahdan bütün Avropa məhv olacaq”, – deyə Vanqa bildirib.

Baxıcı üçüncü dünya müharibəsinin tarixini də açıqlayıb – “Suriya hələ məğlub olmayıb”. Vanqanın yaxın dostlarından biri Dmitri Qaçevin sözlərinə görə, söhbət belə olub: “Livandan olan bir jurnalist “sülh nə zaman gələcək?” deyə sual verdi. O, dedi: “Dəməşq məğlub olanda”. İncildə deyildiyi kimi – gün gələcək ki, Dəməşqdə daş-daş üstə qalmayacaq. Rusiyadan gələn bir kişi bizi xilas edəcək”.

Xatırladaq ki, bu gün məhz Suriya dünyanın ən iri güclərinin qarşı-qarşıya olduğu ən iri münaqişə ocaqlarındandır. Sonra nə olacaq? Kim qalib gələcək? Bolqar öncəgörücü sonda sülhün, yaxşılığın qalib gələcəyini, lakin minlərlə insanın ölümünün zəruriliyini qeyd edib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here