İslamiadada bağlı olacaq yollar – SİYAHI

8 May, 15:50

İki avtobus saat 17.00-da fəaliyyətlərini dayandıracaq

IV İslam Həmrəyliyi Oyunları zamanı açılış və bağlanma mərasimləri günlərində tətbiq olunan yol hərəkəti qaydalarını açıqlayıb. Bakı Nəqliyyat Agentliyi ilə Bakı şəhər Baş Polis İdarəsi qrafiki tədbiq edib.

VOİCEPRESS-in xəbərinə görə, oyunların açılış və bağlanma mərasimləri – 12 və 22 may tarixlərində paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Oyunlar zaman Heydər Əliyev prospektinin “Excelsior” qarşısındakı yol qovşağından Sabunçu dairəsinə qədər olan hissəsi və Neftçilər prospektinin Azneft meydanından Yusif Səfərov küçəsinə qədər olan hissəsi günorta saatlarından sonra bağlı olacaq.

Tamaşaçılar yalnız ictimai nəqliyyatdan (metro və xüsusi olaraq ayrılmış avtobuslardan) istifadə etməlidirlər. Heydər Əliyev və Neftçilər prospektlərinin bağlı olmasını nəzərə alaraq, 1 nömrəli və 13 nömrəli marşrutlar saat 17.00-da fəaliyyətlərini dayandıracaq.

Oyunların, eləcə də açılış-bağlanış mərasimin izləyicilərinin ekspress xətlər və metro ilə daşınması pulsuz olacaq. Taksilərin Bakı Olimpiada stadionuna yaxınlaşmasına icazə verilməyəcək.

Açılış mərasimi zamanı tamaşaçılar saat 18.00-dan 21.00-dək, bağlanma mərasimi zamanı isə tamaşaçılar saat 17.00-dan 20.00-dək 3 ekspress xətt üzrə seçilmiş istiqamətlərdən – metronun “20 Yanvar”, “Gəncllik”, “Qara Qarayev” stansiyalarından Bakı Olimpiada stadionuna, sonda isə stadiondan eyni stansiyalara daşınacaq.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here