Erməni həkimlər beşəmlərdən ikisini öldürdü

8 May, 15:17

Bir neçə gün öncə Ermənistanda doğulan beşəmlərdən ikisi ölüb. VOİCEPRESS-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, doğulan uşaqlardan 1-i oğlan, 4-ü isə qız idi.

Artıq qızlardan ikisi ölüb. Onlar çəkiləri ən az olanlardır – 600 qram.

Oğlanın da vəziyyəti ağırdır. O, reanimasiyaya yerləşdirilib. Ailənin iddiasına görə, Ermənistandakı xəstəxanalarda heç bir şərait yoxdur. Həkimlər uşaqlara lazım olan kimi qulluq edə bilmir. Məhz buna görə də, uşaqların yaşamaq şansı azalır.

Uşaqların atası Vardan Karapetyan körpələrə qulluq üçün xaricdən həkim dəvət edilməsini istəyir. “Uşaqların ölümün mən belə internetdən öyrəndim. Mənə heç bir məlumat da vermirlər”.

Uşaqlar 600, 820, ikisi 840 və 880 qram olublar.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here