Dieqo Maradona beş illik fasilədən sonra məşqçiliyə başlayıb. VOİCEPRESS xəbər verir ki, əfsanəvi argentinalı Birləşmiş Ərəb Əmirlikləri 2-ci liqasında yarışan “Əl Fucayra” klubunun baş məşqçisi təyin edilib. Maradona ilə 1 illik müqavilə imzalanıb. 56 yaşlı mütəxəssis son olaraq 2011-12 mövsümündə Birləşmiş Ərəb Əmirliklərinin “Əl Vasl” komandasını çalışdırmışdı.
Futbol tarixində ən yaxşı oyunçu kimi tanınan Maradona Argentina yığmasında 1986-cı ildə FİFA dünya kubokunu qaldırıb, İtaliya klubu Napolidə isə 2 il liqa çempionluğunu yaşayıb.
VOİCEPRESS.AZ