Olimpiya çempionu evində ölü tapıldı

7 May, 16:17

2010-cu ildə bobsley üzrə olimpiya çempionu adını qazanan amerikalı Stiven Holkomb ABŞ yığmasının Leyk- Plesid şəhərindəki (Nyu-York ştatı) Olimpiya Hazırlıq Mərkəzindəki öz otağında ölü tapılıb.

VOİCEPRESS goal.az-a istinadən verir ki, bu barədə ABŞ-ın Olimpiya Komitəsinin rəsmi saytında məlumat yerləşdirilib. Otuz yeddi yaşlı idmançının hansı səbəbdən öldüyü barədə, hələ ki, məlumat verilmir.

Holkomb olimpiya çempionu adını Vankuverdə qazanıb. O, Soçidə keçirilən Qış Olimpiya Oyunlarında isə iki bürünc medal qazanmağa müvəffəq olub. Həmçinin onun aktivində dünya çempionatlarının 5 qızıl və 5 bürünc medalı var.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here