İslam Oyunları zamanı dərslər keçiriləcək? – Rəsmi cavab

7 May, 15:50

Oyunlar zamanı paytaxtın məktəbləri fəaliyyət göstərəcək?

Azərbaycan Təhsil Nazirliyi gələn həftədən başlayacaq IV İslam Oyunlarının Bakıdakı orta məktəblərdə tədrisə təsir göstərib-göstərməyəcəyini açıqlayıb.

VOİCEPRESS-in məlumatına görə, təhsil nazirinin müavini Firudin Qurbanov deyib ki, oyunlar məktəblərdə tədrisin təşkilinə təsir göstərməyəcək: “Dərslər normal qaydada davam etdiriləcək. Oyunların keçirilməsi paytaxtdakı, o cümlədən şəhərin mərkəzindəki məktəblərdə də tədrisin təşkilinə təsir göstərməyəcək”.

Qeyd efək ki, IV İslam Oyunları mayın 12-dən 22-dək keçiriləcək.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here