Tanınmış müğənni və bəstəkar Eminin atası, iş adamı may ayının 7-də Kiyevdə keçiriləcək müsabiqəyə getməyə hazırlaşan, lakin qatardan son anda endirilən “Komsomolskaya pravda”nın əməkdaşlarına dəstək nümayiş etdirib.
“Məntiqlə mədəniyyət bütün dünyanı birləşdirməlidir. Ola bilər ki, kiminsə kimdənsə xoşu gəlmir, kiminsə qarşısındakı ilə münaqişəsi var… Ancaq mədəniyyəti yayan insanların maneəsiz hərəkət imkanına malik olmalıdırlar. Akkreditasiyadan sonra qatardan endirilmək, hələ bir də həbs etmək, ümumiyyətlə dəhşətdir. Bunu şərh etmək çətindir. Bu hal hiddətdən başqa heç nə yaratmır”.
Xatırladaq ki, “Eurovision”nun ilk mərhələsi sabah Kiyevdə baş tutacaq. Rusiya nümayəndəsi isə Krıma qanunsuz səfərinə görə, müsabiqədən kənarlaşdırılıb.
Adıçəkilən nəşrin iki əməkdaşı Mariya Remizova və Elena Bouden də yarışda iştirak etmək qadağan edilib. Buna səbəb isə onlardan birinin 2014-cü ildə Krıma səfəri olub. Hər iki jurnalistə 3 il Ukrayna ərazisinə giriş qadağası qoyulub.
VOİCEPRESS.AZ