Somalidə qanlı terror — hədəf nazirlik və səfirliklərdir

0
313929

VOİCEPRESS xəbər verir ki, hadisə paytaxt Moqadişoda, Şanqan rayonunda qeydə alınıb. İlk partlayış Qətər səfirliyinin qarşısında qeydə alınıb. Hadisə nəticəsində 4 nəfər yaralanıb.

Digər hadisə isə Somalinin idman və təhlükəsizlik nazirliklərinin qarşısında olub. Nazirliklərin qarşısında minalanmış avtomobil partladılıb. Hadisə nəticəsində 10-dan çox insan xəsarət alıb.

Dövlət səviyyəsində verilən məlumata görə, partlayışların hamısı terror aktıdır. Hələlik hadisələrin heç biri barədə ətraflı məlumat verilməyib. Partlayışlara görə, heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here