İmtahanlar nə vaxt olacaq? – DİM açıqladı

0
314544

Magistratura və rezidenturaya sənəd qəbulunun vaxtı uzadılıb. VOİCEPRESS xezerxeber.az-a istinadən bildirir ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin sözlərinə görə magistraturaya sənəd verən 10 650 nəfər, rezidenturaya isə 949 nəfər öz ərizəsini təsdiqləyib.Lakin 3 mindən çox şəxs isə öz ərizəsini təsdiqləməyib.

Bununla yanaşı,bayram günlərində də sənəd vermək və təsdiq etmək mümkün olacaq. Məleykə Abbaszadə ali təhsil müəssisələrinin qəbul imtahanlarının vaxtının hələ də açıqlanmaması məsələsinə də aydınlıq gətirib.

Dövlət İmtahan Mərkəzinin sədri Kolleclərə qəbul imtahanlarına nəzarət üçün İctimai Şuranın yaradılacağını bildirib.Bu şuranın yaradılmasında əsas məqsəd şəffaflığının təmin edilməsidir. . Şuraya üzv olmaq üçün vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatları, valideyn-müəllim assosiasiyaları, təhsil ekspertləri və KİV nümayəndələri qeydiyyatdan keçməlidirlər.

Məleykə Abbaszadə Dövlət qulluğuna qəbul qaydaları tam təsdiqləndikdən sonra imtahan qiymətləri ilə bağlı Tarif Şurasına müraciət ediləcəyinidə bildirib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here