Solan gülləri canlandırmaq üçün asan qarışım

17 Mart, 20:10

Dibçəkdə çiçək saxlamağı sevirsiniz. Ona görə də çiçəklərin solduğunu görmək sizə pis təsir edə bilər. Lakin solan çiçəklərdən ümidinizi kəsmək əvəzinə yalnız 3 vəsaitlə hazırlanan bu qarışımla onu yenidən həyata qaytara bilərsiniz. VOİCEPRESS lent.az-a istinadən həmin qarışımın hazırlanma üsulu ilə sizi tanış edir.

Bir ədəd banan qabığını blenderə atın. Üzərinə qəhvə tökün. Bir neçə ədəd də yumurta qabığı əlavə edin. Bir miqdar su da qatdıqdan sonra bunların hamısını blenderdən keçirin. Bu qarışımdan bir neçə qaşıq solan çiçəklərin dibinə tökün. Qısa müddətdə sevimli gülləriniz canlanacaq.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here