VOİCEPRESS modern.az-a istinadən bildirir ki, bunu hazırda Mədən sənayesində şəffaflıq təşəbbüsü (MSŞT) üzrə beynəlxalq İdarə Heyətinin Boqotada keçirilən 36-cı toplantısında iştirak edən Qubad İbadoğlu öz feysbuk səhifəsində yazıb.
Q.İbadoğlunun sözlərinə görə, yekunda bununla bağlı MSŞT sədri Fredrik Reinfeldt çıxış edərək qeyd edilənlər əsasında xüsusi olaraq ayrıca məktubla açıqlama verəcəyini bildirdi: “Beləliklə də Ermənistan MSŞT-nin 52-ci üzv dövləti oldu, amma o şərtlə ki, dərc edəcəkləri MSŞT hesabatlarına işğal altında olan Qarabağ ərazisindəki hasilat məlumatlarını daxil etməyəcək”.
MSŞT üzrə beynəlxalq İdarə Heyətinin Boqotada keçirilən 36-cı toplantısında Tacikistan, Solomon Adaları və Qırğızıstanın bu təşəbbüsdə fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul edilib. Azərbaycanla bağlı isə uzun müzakirələrdən sonra konsensus alınmadığından müzakirələr bu gün davam etdiriləcək.
VOİCEPRESS.AZ