“Bosniya və Herseqovina Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir”

10 Mart, 09:01

Bosniya və Herseqovina suverenlik və ərazi bütövlüyü məsələlərində Azərbaycanın mövqeyini dəstəkləyir.

VOİCEPRESS bildirir ki, bunu Trend-ə müsahibəsində Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniç deyib.

M.İvaniç qeyd edib ki, Bosniya və Herseqovina Dağlıq Qarabağ probleminin həllinə yönəlmiş çoxtərəfli fəaliyyəti, həmçinin ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyir.

Rəyasət Heyətinin sədri onu da xatırladıb ki, 2013-cü ilin əvvəllərində Bosniya və Herseqovina Parlament Assambleyasının hər iki palatası Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi barədə qətnamə qəbul edib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here