Yaponiyada 800 uşaq qidadan zəhərlənib

18 Fevral, 19:07

Yaponiyada paytaxt Tokionun yaxınlığında yerləşən Tatikava şəhərində 7 məktəbdən olan 800 uşaq qidadan zəhərlənib.

VOİCEPRESS RİA Novosti agentliyinə istinadən xəbər verir ki, məlumata görə, uşaqlar qarın ağrıları və ürəkbulanma ilə şikayət ediblər.

Uşaqlardan 5-i hospitala yerləşdirilib.

İlkin məlumatlara görə, uşaqlar məktəbdə nahar yeməyindən zəhərləniblər.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here