Xarici işlər naziri Elmar Məmmədyarov bu gün 53-cü Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Rumıniyanın xarici işlər naziri Teodor-Viorel Meleskanu ilə görüşüb.
XİN-dən VOİCEPRESS-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Rumıniya arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi və müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsinin perspektivləri müzakirə olunub. İki ölkə arasında əlaqələrin daha da gücləndirilməsi üçün birgə səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Azərbaycanın iştirakı ilə həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələri, o cümlədən Şimal-Cənub, Bakı-Tbilisi-Qars, TANAP və TAP layihələri haqqında danışan E.Məmmədyarov bu layihələrin Rumıniya üçün faydalı ola biləcəyini söyləyib.
Sonra nazirlər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
VOİCEPRESS.AZ