Sizcə qələm tutmağı uşaqlara doğru yollarlamı öyrədirsiniz?
“Az yaşlılardan məktəblilərin tutduğu kimi 3 barmaq tutuşunu tələb etməyin! “
Bunu VOİCEPRESS-ə Psixologiya Akademiyasının sədri Nigar Rəhimli deyib.
Onun sözlərinə görə, uşağın düzgün qələm tutması və anlaşıqlı yaza bilməsi üçün incə motor bacarıqlarının, əl-barmaq əzələlərinin inkişaf etmiş olması lazımdır. Qələmi tuta bilmir deyə danlamaq, cəzalandırmaq və ya tam əksi “məktəbə gedəndə öyrənər” deyib keçmək OLMAZ !
Uşağınızla doğru məşqləri etmiş olsanız kiçik motorikasının inkişafına nail olarsınız.
Bunun üçün etməlisiniz:
1. Oyun xəmirindən kiçik parçalar qoparmaq, top düzəltmək.
2. Kağızları xırda-xırda cırmaq. ☆ Kiçik hissələri bir yerə yapışdırmaq.
3. Leqoları taxıb çıxarmaq.
4. Yumşaq bir topu ovucunun içinə qoymaqla tez-tez sıxıb açmaq.
5. Kağızı sıxaraq top formasına salmaq.
6. Şüşə butulka qapağını açıb-bağlamaq.
7. Əlcəyi geyinib çıxartmaq.
8. Böyük bir kartona yollar çəkərək kiçik oyuncaq maşınla bu yollardan kənara çıxmadan sürmək.
9. İpi bağlama-açma çalışması etmək.
10. Fərqli rəng və formalarda olan muncuqları sıralamaq, maraqlı fiqurlar yaratmaq.
11. Kağız qatlama çalışması etmək.
12. Qəzetdən şəkilləri kəsmək.
13. Bütün barmaqları sırayla baş barmağa dəydirmə-çəkmə idmanını etmək.
Unutmaq olmaz ki, yaradılışdan uşaqların əlindəki kiçik əzələləri bel və qollarındakı böyük əzələlərdən daha gec inkişaf edir. Bunun səbəbi isə böyük əzələlərin bədənin mərkəzinə daha yaxın olmasıdır.
Elə buna görə də ilk öncə böyük motorikanın inkişafı ilə məşğul olmaq lazımdır. Bu əzələlərin inkişafi hələ körpəlik dövründə iməkləmək, dırmaşmaq, yerimək və digər bu kimi sıx yerinə yetirilən hərəkətlərin sayəsində olur. Uşağınızın böyük motorikasının inkişafı üçün hərəkətlər etdirin. Yalnız bu zaman çiyin və qol əzələləri inkişaf edəcəkdir.
Bu zaman uşağın qələm tutuşunun dəyişdiyini və getdikcə daha da yaxşılaşdığını görəcəksiniz.
Əgər uşağın əzələləri inkişaf etməyibsə onu düzgün şəkildə qələm tutmağa məcbur etməyin. Uşaq təzyiq altında olarsa bu zaman qələmi yanlış tutmaqla bərabər düzğün yazı üsulunu da qavraya bilməz.
Aysel İsgəndərova
VOİCEPRESS.AZ